Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-06 13:31:21
“Yüksəliş” müsabiqəsinin finalçıları bəlli olub

Üçüncü “Yüksəliş” müsabiqəsinin finalçıları bəlli olub.

AzEdu.az xəbər verir ki, 333 yarımfinalçıdan 109 namizəd finalda iştirak hüququ qazanıb.

Qeyd edək ki, fevralın 17-dən qeydiyyatına start verilən üçüncü “Yüksəliş” müsabiqəsinə 13 min 474 iştirakçı müraciət edib. Yarımfinal mərhələsindən sonra iyulun 15-16-da final mərhələlərinin keçirilməsi ilə üçüncü “Yüksəliş” müsabiqəsi yekunlaşacaq.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə 5 mərhələdən ibarətdir. Dövlətimizin başçısı 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.