
İyulun 8-də Abşeron yarımadasında günorta saatlarında isti temperatur diskomfortu gözlənilir.
AzEdu.az xəbər verir ki, bu barədə ETSN Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Məlumata görə, sabah hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
İyulun 10-u səhərdən 11-i axşamadək isə Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, 10-da bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında iyulun 08-də günün ikinci yarısından 10-u axşamadək bəzi şimal və qərb rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Balakən-Şəki bölgələrinin bəzi yerlərində yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Şərq küləyinin 07-si gündüzdən 11-dək bəzi yerlərdə arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.