Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-14 14:20:14
Azyaşlı qızı maşın vurub

Biləsuvarda azyaşlının ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

 

AzEdu.az xəbər verir ki, hadisə rayonun Zəhmətabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Hərəkətdə olan minik avtomobili kənd sakini olan azyaşlı qızı vuraraq öldürüb.

 

Hazırda azyaşlının şəxsiyyəti dəqiqləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır.