
Bakı Ali Neft Məktəbinin (BANM) 9 məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanıb.
Bu barədə AzEdu.az-a BANM-dan məlumat verilib. Bildirilib ki, həmin gənclərdən 3-ü Kimya mühəndisliyi, 4-ü Proseslərin avtomatlaşdırılması mühəndisliyi, 2-si isə İnformasiya təhlükəsizliyi ixtisasının builki məzunudur.
Dövlət Proqramının qalibi olan BANM məzunları və qəbul olduqları ali təhsil müəssisələri belədir:
1. Natiq Babayev - Ulm Universiteti (Almaniya), Kimya mühəndisliyi
2. Cavid İsayev - Gent Universiteti (Belçika), Ətraf mühit elmləri texnologiyası
3. Fərid Qəhrəmanov - Gent Universiteti (Belçika), Ətraf mühit elmləri texnologiyası
4. Kənan Bəgəliyev - Mançester Universiteti (Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı), Qabaqcıl kompüter elmləri
5. Fidan Mahmudova - Minnesota Universiteti (ABŞ), Robotexnika
6. İlqar Məmmədov - Kolumbiya Universiteti (ABŞ), Kompüter mühəndisliyi
7. Fuad Məmmədzadə - Lund Universiteti (İsveç), Elektronika mühəndisliyi
8. Şəms Gözəlova - Amsterdam Universiteti (Niderland), Təhlükəsizlik və şəbəkə mühəndisliyi
9. Tapdıq Məhərrəmli - ETH Sürix (İsveçrə), Kibertəhlükəsizlik