
Xəbər verdiyimiz kimi, üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri müəyyənləşib. 14-16 iyul tarixlərində “Baku Ekspo Mərkəzi”ndə keçirilən müsabiqənin finalında iştirak edən 109 namizəddən ən yüksək bal toplayan 22 nəfər qalib adını qazanıb. Qaliblərdən 4-ü qadındır. Ən gənc 2 qalibin 26, ən yaşlı 2 qalibin isə 35 yaşı var. Qeyd edək ki, final mərhələsində göstərilən ən yüksək nəticə 24 bal olub.
“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.
AzEdu.az saytı qaliblərin fotoları və qısa tərcümeyi-hallarını təqdim edir:
A.Qorxmaz