Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-27 17:12:52
Uşağın əli ətçəkən maşında QALDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Balakən şəhərində 1 nəfər azyaşlının əlinin ətçəkən maşında sıxışıb qalması barədə məlumat daxil olub.

 

AzEdu.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.



Həkim nəzarəti altında həyata keçirilən xilasetmə tədbirləri nəticəsində azyaşlının əli ətçəkən maşından çıxarılaraq xilas olunması təmin edilib.