Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-27 22:22:19
Aprel şəhidinin qızı Rusiyada ali məktəbə qəbul olundu - FOTOLAR

Aprel şəhidi, polkovnik-leytenant Sənan Axundovun qızı Nəzrin Axundova Rusiyanın Sankt-Peterburq şəhərində imtahan verib, xarici müdavimlər arasında ən yüksək bal toplayaraq siyahıda birinci yerə çıxıb.

AzEdu.az xəbər verir ki, bu barədə Axundovlar ailəsinin dostu, jurnalist Aida Eyvazlı bildirib.

“Bu gün səhər qəbul olunduğu Memarlıq İnstitutundan zəng vurub Nəzrini təbrik edib deyiblər ki, sənin adın siyahıda birincidir.

Nəzrin ən yüksək bal toplayıb!”.

A.Eyvazlının sözlərinə görə, Nəzrinin qardaşı Tahir Axundov da təhsil aldığı Sankt-Peterburq Ali Hərbi Tibb Akademiyasında əla qiymətlə oxuyur.

Kəşfiyyatçı polkovnik-leytenant Sənan Axundov  2016-cı ildə aprel ayında şəhid  olub.