Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-07 09:30:00
Alimlərdən iddia: London suyun altında qalacaq

Qlobal istiləşmə səbəbi ilə Böyük Britaniya paytaxtı daşqınlar təhlükəsi ilə üz-üzə qalacaq.

AzEdu.az-ın  verdiyi xəbərə görə, bu barədə “Xristian yardımı” təşkilatının məruzəsində bildirilir.

Ekspertlərin rəyinə əsasən, ABŞ-ın Hyuston, Tailandın Banqkok və Çinin Şanxay şəhərləri də daşqınlara məruz qalacaq.

Qlobal istiləşmədən sonra dəniz suyunun səviyyəsinin ən azından 40 santimetr artacağı ehtimal olunur. (oxu.az)