Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-29 15:56:35
Bu məzunlara attestatlar təqdim olundu
2022-2023-cü tədris ili üzrə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində IX və XI sinfi bitirən məzunlara attestatlar təqdim olunub.
 
Bu barədə AzEdu.az-a Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib. 
 
Qeyd edək ki, Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə 2022-2023-cü tədris ilində ümumtəhsil məktəblərin IX sinfini 3437, XI sinfini isə 2286 nəfər şagird bitirib. Həmin məzunlardan 66 nəfəri məktəbi (IX sinif 35, XI sinif 31 nəfər) fərqlənmə attestatı, 2 nəfəri gümüş, 1 nəfər isə qızıl nişanla bitirib.
 
 
Məzunlarımızı təbrik edir, onlara gələcək həyatlarında uğurlar arzulayırıq.