Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-30 12:01:00
Şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında İyulun 30-u axşamdan 31-i gündüzədək bəzi şimal və şərq rayonlarda arabir yağış yağacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən xəbərə görə, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

 

Şərq küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

 

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.