
İyulun 31-i saat 11 radələrində Sabirabad rayonun Cavad kəndi ərazisindən keçən su kanalında 3 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
AzEdu.az xəbər verir ki, bu barədə Sabirabad rayon prokurorluğundan bildirilib.
İlkin araşdırma zamanı 2007-ci il təvəllüdlü Orxan Əlizadə və onun qohumları - əkiz qardaşlar 2011-ci Nihad və Əjdər Əlizadənin elektrik cərəyanı vurması nəticəsində ölməsi müəyyən edilib.
Fakta görə Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
***
İyulun 31-də saat 11:30 radələrində Sabirabad rayonu Cavad kəndində su kanalında 2007-ci il təvəllüdlü Əliyev Orxan və onun qohumları - ekiz qardaşlar 2011-ci Nihad və Əjdər Əlizadələrin elektrik cərəyanı vurmasından ölmələri barədə polisə məlumat daxil olub.
AzEdu.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib.
Araşdırma aparılır.