Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-07 11:57:38
Avtomobil aşıb, 16 yaşlı oğlan ölüb

Şəmkirdə ölümlə nəticələnən yol qəzası olub.

 

AzEdu.az xəbər verir ki, Quliyev Ramil Natiq oğlu idarə etdiyi “VAZ-21015” markalı avtomobillə Şəmkir-Gədəbəy avtomobil yolunun, Şəmkir rayonu Çənlibel kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan zaman idarə etməni itirərək avtomobili aşırıb.

 

Nəticədə həmin avtomobildə sərnişin olan 2007-ci il təvəllüdlü İbrahimov Elmir Ayaz oğlu hadisə yerində ölüb. Şəmkir RPŞ-nin İB-də fakta görə CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.