Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-09 10:02:11
Məktəbli Kürdə boğulub

Sabirabadda 16 yaşlı oğlan Kürdə boğulub.

 

AzEdu.az xəbər verir ki, Kür çayının rayonun Muğan Gəncəli kəndindən keçən hissəsindən naməlum şəxsə məxsus paltarlar aşkar edilib.

 

Həmin paltarların 2007-ci il təvəllüdlü Məlikzadə Babək Rafət oğluna məxsus olduğu məlum olub.

 

Onun çayda boğulması ehtimal edilir. FHN-in dalğıcları tərəfindən onun axtarışları hazırda davam edir.