Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-16 09:27:51
Bakıda 16 yaşlı qız itkin düşüb

Bakıda 16 yaşlı qız itkin düşüb.

 

AzEdu.az xəbər verir ki, hadisə avqustun 15-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində qeydə alınıb.

 

Belə ki, 2007-ci il təvəllüdlü Gülalıyeva Türkan İlkin qızı yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.