Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-19 12:54:42
Bəzi yerlərdə leysan yağıb

Milli Hidrometeorologiya Xidmətinin avqustun 19-u saat 10:00-a olan məlumatına əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçmiş, lakin bəzi yerlərdə qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

 

AzEdu.az xəbər verir ki, bu barərə Xidmətdən məlumat verilib. Düşən yağıntının miqdarı: Şahdağda 3 mm, Qrızda 2 mm, Şəmkir, Göygöl, Daşkəsən, Şəki, Quba, Qusar, Yevlax, Göyçay, Sabirabadda 1 mm-dək olub.

 

Külək: Cənub-qərb küləyi arabir Daşkəsəndə 23 m/s-dək güclənib.


Havanın maksimal temperaturu: Avqustun 18-də Bakıda iqlim normasından 3 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 34 dərəcəyədək, Naxçıvan MR-da 36-40 dərəcə, Aran rayonlarında 33-35 dərəcə, dağlıq rayonlarda 28 dərəcəyədək isti olub.