Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-23 12:23:41
Düşərgədə 5 məktəbli göbələkdən zəhərlənib

Rusiyanın Leninqrad vilayətindəki düşərgədə 5 uşaq göbələkdən zəhərlənib.

 

AzEdu.az məlumat verir ki, bu barədə vilayətin Boksitoqorsk rayonunun administrasiyası məlumat yayıb.

 

Qeyd olunub ki, zəhərlənən uşaqların hamısı 2006-2009-cu il təvəllüdlü qızlardır.

 

Onlardan dörd nəfərin vəziyyəti ağır qiymətləndirilir, reanimasiya şöbəsinə yerləşdiriblər.