Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-24 16:40:51
Abşeronda məktəbli qız intihar edib

Abşeron rayonunda gənc qız intihar edib.

 

AzEdu.az məlumat verir ki, hadisə bu gün rayonun Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 30-cu məhəllə, bina 41-də qeydə alınıb.

 

Belə ki, 16-17 yaşlı qız yaşayış binasından özünü ataraq öldürüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. İlkin məlumata görə, gənc qızın həmin binada yaşamadığı ehtimal edilir. 

 

Faktla bağlı araşdırma aparılır.