Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-31 09:15:00
17 yaşlı gənci avtomobil vurub

Bakının Suraxanı rayonunda gənc piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

AzEdu.az xəbər verir ki, yolu keçən 2006-cı il təvəllüdlü Cavadov Kənan Taleh oğlunu avtomobil vurub.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

 

Hadisənin təfərrüatı araşdırılır.