Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-14 09:43:14
Avtomobil vurdu:6 yaşlı uşaq öldü

Bakıda avtomobilin vurduğu 6 yaşlı uşaq ölüb.

 

 AzEdu.az xəbər verir ki, sentyabrın 10-da Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən Ordubad marketin qarşısında Qurbanov Ülvi Faiq oğlu idarə etdiyi "Toyota Prius" markalı avtomaşın ilə hərəkətdə olan zaman yola qaçan 2017-ci il təvəllüdlü Rusiya Federasiyasında anadan olmuş İbrahimov Sinan Sübhan oğlunu vurub. Xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.

 
 
 

Faktla bağlı Suraxanı RPİ-nin İŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.