
Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun gənc alimləri Bakıda təşkil olunan “Nüvə kriminalistikası” üzrə yay məktəbində iştirak ediblər.
Bu barədə AzEdu.az-a institutdan bildirilib. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə Tədqiqatları Departamenti, Ukraynanın Elm və Texnologiya Mərkəzi, Kiyev Nüvə Tədqiqatları İnstitutunun təşkil etdiyi yay məktəbi GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) ölkələrinin alimləri üçün nəzərdə tutulub. Tədbirdə “Nüvə materialları və digər radioaktiv maddələr”, “Nüvə spektroskopiyası”, “Alfa/Beta/Qamma spektrometr”, “Diferensial termik analiz”, “Radiometriya və dozimetriya”, “Radioekoloji monitorinq” və s. kimi mövzularda məruzələr dinlənilib. Yay məktəbinin praktiki hissəsində radioaktiv mənbələrin axtarışı və identifikasiyası iştirakçılar tərəfindən icra edilib.
Sonda bütün iştirakçılar sertifikatlar verilib.