_272.jpg)
2023-09-23 17:06:25
Daha bir xarici universitet mübadilə proqramı elan edir
Rumıniyanın Aurel Vlaicu Universiteti Erasmus+ mübadilə proqramı çərçivəsində qəbul elan edir.
Azedu.az xəbər verir ki, proqramda bakalavr, magistratura və doktorantura pillələrində təhsil alan UNEC tələbələri iştirak edə bilərlər.
Seçiləcək tələbə sayı: 2 nəfər
Müraciət üçün əsas şərtlər:
- Tələbənin ümumi orta balı (ÜOMG) 91-dən yuxarı olmalı;
- İngilis dili ən az B2 səviyyəsində olmalı.
Müraciət üçün son tarix: 10 oktyabr 2023-cü il
Tələb olunan sənədlər:
- Transkript (bütün semestrlər üzrə)
- CV (ingilis dilində)- İş təcrübəsi olanlar təcrübə keçdikləri qurumdaki rəhbərin əlaqə vasitələrini (tel.nömrəsi və e-poçt ünvanı) qeyd etməlidirlər.
- Xarici pasport (ilkin müraciət zamanı şəxsiyyət vəsiqəsi də keçərlidir)
- Niyyət məktubu (ingilis dilində)
- Müvafiq dil sertifikatı (olduğu təqdirdə IELTS, TOEFL və ya müvafiq fakültələrdə ingilis dilində təhsil aldığını göstərən sənəd).
Sənədlər göstərilən ardıcıllıqla bir “pdf” sənədi şəklində [email protected] elektron poçt ünvanına təqdim olunmalıdır (sənədləri ayrı-ayrı pdf sənədlərində göndərən tələbələrin müraciətlərinə baxılmayacaq).
Elektron məktubu göndərərkən başlıq hissəsində “Aurel Vlaicu Universiteti” yazılmalıdır.
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51