Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-27 12:00:00
DİM-də şəhidlərimizin əziz xatirəsi yad edilib

Anım Günü – 27 Sentyabr saat 12:00-da Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi Dövlət İmtahan Mərkəzində yad edilib.

 

DİM əməkdaşları şəhidlərimizin ruhu qarşısında baş əyib, onların xatirəsinə hörmət və ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər.

 

Allah şəhidlərimizə rəhmət eləsin!