Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-04 10:03:57
Metodik işin səmərəli təşkilinə dair toplantılar yekunlaşıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin metodbirləşmə rəhbərləri üçün təşkil olunan illik metodik toplantılar başa çatıb.

 

İdarədən AzEdu.az-a bildirilib ki, Bakı şəhəri üzrə 12 rayonu əhatə edən məktəblərin metodbirləşmə rəhbərləri ilə keçirilən görüşlərdə Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru Minarə Fərzəliyeva və TDM-in metodistləri Kunzala Həmidova, Səkinə Hüseynova, Samirə Əfəndiyeva və Çinarə Cəbrayılova çıxış ediblər.

 

Metodik toplantılarda müəllimlərə 2023-2024-cü tədris ilində qarşıda duran hədəflər, illik tədris planlarının tərtib edilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, metodik işin səmərəli təşkili, tədris prosesində sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi və digər müvafiq məsələlərlə bağlı tövsiyələr verilib.