Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-12 12:36:46
Bağçaların heyəti üçün təlimlər davam edir

Bakı şəhəri və Abşeron – Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinin müdir, tərbiyəçi-müəllim və metodistləri üçün təlimlər davam edir.

 

AzEdu.az xəbər verir ki, təlimlərin keçirilməsində məqsəd məktəbəqədər təhsil müəssisələri heyətinin peşəkarlığının artırılması, onları məktəbəqədər təhsil və idarəetmədə olan yeniliklər, yanaşma və strategiyalarla tanış etməkdir. 

 

Təlimlər məşğələlərin təşkili, yaş psixologiyası, valideynlərlə əməkdaşlıq, inklüziv təhsil, ilkin tibbi yardım, guşələrlə iş və digər mövzuları əhatə edir.

 

Təlimlərdə 3 000 nəfərin iştirakı nəzərdə tutulub.

 

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində peşəkar inkişafla bağlı təlimlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.