Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-12 13:16:36
“Zəngilandan inkişaf impulsları” mövzusunda konfrans...

16-17 noyabr 2023-cü il tarixində Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və ETN İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

 

Azedu.az xəbər verir ki, bu barədə UNEC-dən məlumat verilib. 

 

Konfransda beynəlxalq nəqliyyat dəhlizlərinin Avrasiya kontinentində iqtisadi inkişafa təsiri, Zəngəzur dəhlizinin açılması və mövcud nəqliyyat sistemlərinə inteqrasiyası, bu sistemlərin inkişaf etdirilməsi və rəqəmsallaşdırılması, dəhliz boyu ölkələrdə innovativ gömrük mexanizmlərinin tətbiqi problemləri müzakirə olunacaqdır.

 

Konfrans noyabrın 16-da Zəngilan Konqres Mərkəzində (Zəngilan şəhəri) və 17-də “Baku Marriott Boulevard” otelində keçiriləcək. Məruzə və müzakirələrin onlayn izlənilməsi imkanı təmin ediləcəkdir.

Müraciətlər, məruzə mətnləri və tezislərinin göndərilməsi üçün son tarix: 15 oktyabr 2023-cü il

Materialla https://form.jotform.com/231982166972063 portalına və ya [email protected] elektron ünvanına göndərilməlidir.

Konfransın materialları kitab şəklində nəşr olunacaqdır. Təqdim olunan əsərlərin tərtibi qaydaları ETN İqtisadiyyat İnstitutunun saytında yerləşdirilib (http://economics.com.az/).