Struktur bölmə: Beynəlxalq əməkdaşlıq şöbəsi
Vəzifənin adı: Şöbə müdiri
Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə, humanitar və sosial, təhsil ixtisasları qrupları üzrə ali təhsil
İş stajına dair tələbi: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 4 il iş stajı
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternet (yüksək səviyyədə)
Xarici dil biliklərinə dair tələblər: İngilis dili – C1, Rus dili – C1
Qulluq funksiyaları:
-
Şöbəyə həvalə olunmuş vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edilməsi;
-
Şöbəyə müxtəlif yerli və xarici təşkilatlardan daxil olan, həmçinin beynəlxalq layihələrlə bağlı məktubların müvafiq qaydada icrasına nəzarət edilməsi;
-
Mərkəzin müvafiq sahəyə aid beynəlxalq layihələrə qoşulması və beynəlxalq təşkilatlarla əməkdaşlığı üzrə təkliflərin hazırlanması;
-
Beynəlxalq layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığın qurulması və genişləndirilməsi məqsədilə beynəlxalq təşkilatların nümayəndələri ilə danışıqlarda iştirak edilməsi;
-
Layihələrin həyata keçirilməsi ilə bağlı müxtəlif məzmun və xarakterli sənədlərin (müqavilələrin, sazişlərin, memorandumların və s.) hazırlanmasında və icrasına nəzarət prosesində iştirak edilməsi;
-
Müxtəlif hökumət qurumları və beynəlxalq təşkilatlar tərəfindən təqdim olunmuş sazişlərin, müqavilələrin, anlaşma memorandumlarının və digər sənəd layihələrinin təhlilinə və müvafiq rəylərin hazırlanmasına nəzarət edilməsi;
-
Mərkəzin fəaliyyəti ilə əlaqədar tədbirlərin (konfrans, seminar, iclas, görüş, təqdimat mərasimi, sərgi, rəsmi və işgüzar ziyafətlər və s.) təşkili və bu tədbirlərdə iştirak edilməsi;
-
Beynəlxalq imtahanları keçirən təşkilatlarla əlaqələrin qurulması, strateji hədəflərə uyğun əməkdaşlarla fəaliyyətin təkmilləşdirilməsi və davam etdirilməsi istiqamətində tədbirlərə nəzarət edilməsi;
-
Mərkəzin strateji fəaliyyət planının layihəsinin hazırlanması;
-
Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərlə əlaqədar müxtəlif məzmunlu arayışların, statistik hesabatların hazırlanmasının təmin edilməsi;
-
Şöbənin fəaliyyətinə rəhbərliyin həyata keçirilməsi;
-
Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.);
-
Rəhbərlik tərəfindən verilmiş tapşırıqların icra edilməsi.
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər verilən müraciət formasını mövzu bölməsində “Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri” qeyd olunmaqla [email protected] elektron poçt ünvanına 31 oktyabr 2023-cü il tarixinədək göndərə bilərlər.
Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.