
AzEdu Təhsil Portalı və Bələdçi Tədris Mərkəzinin ortaq məhsulu olan “İnformatika bələdçisi” kitablar toplusu Ali təhsil müəssisələrinə, Müəllimlərin işə qəbuluna, sertifikasiyaya hazırlaşan namizədlər üçün hazırlanıb.
İnformatikaya dair bütün materialları özündə əks etdirən “İnformatika bələdçisi” nəzəriyyə kitabı və test bankı bu gündən etibarən təmənnasız şəkildə ehtiyacı olan müəllim və abituriyentlərə əldə edə bilərlər.
Belə ki, həmin şəxslər AzEdu Təhsil Portalına yaxınlaşaraq “İnformatika bələdçisi” kitabına sahib ola bilərlər.
Özündə bir neçə yeniliyi və abituriyentlər üçün çox vacib məqamları əks etdirən toplu bir neçə cilddən ibarətdir.
Toplunun abituriyentlərin ali məktəblərə hazırlığı üçün nəzərdə tutulan birinci cildi Dövlət İmtahan Mərkəzinin İnformatika fənni ilə bağlı hazırladığı qəbul proqramına tam uyğun şəkildə hazırlanıb və nəzəri müddəaları əks etdirir.
Qeyd edək ki, 2023-cü ildən etibarən I ixtisas qrupuna hazırlaşan abituriyentlər İnformatika fənni üzrə də imtahan verirlər. Yalnız informatika fənninin yer aldığı uyğun alt-qrupu (Rİ) əsasında müsabiqədə iştirak edən abituriyentlər İT profilli ixtisasları seçmək hüququna malik olacaqlar. Bu səbəbdən toplu I ixtisas qrupu üzrə hazırlaşacaq minlərlə abituriyent üçün vacib mənbədir.
“İnformatika bələdçisi”nin əsas özəlliyi isə kitabda hər mövzudan sonra qavramanı daha da yaxşılaşdırmaq və sadələşdirməkdən ötrü xüsusi QR-kodların olmasıdır. Bu QR-kodlar vasitəsilə abituriyent oxuduğu mövzunun yenidən video izahına tam şəkildə baxa və predmeti daha praktiki və anlayışlı formada mənimsəyə bilər. Qeyd edək ki, bu üsul təkcə informatika deyil, bütün fənlər üzrə hazırlıq materialları arasında bir ilkdir.
Müəlliflər heyəti kitabda abituriyentlər üçün hava-su kimi gərəkli sayılacaq, öyrənmələrini xeyli asanlaşdıracaq xüsusi illüstrasiya və qrafiklər, sxem və diaqramlardan da istifadə ediblər. Bu metod həm kitab üzərindən sərbəst öyrənmə, həm də QR-kod vasitəsilə videoları izləmə zamanı abituriyentlərə xeyli yardımçı olacaqdır.
AzEdu Təhsil Portalının da tövsiyə və təşkilati dəstəyi ilə hazırlanan toplunun ikinci cildi isə sırf test materiallarından ibarətdir. “Testlər” adlanan cild də abituriyentlər üçün nəzərdə tutulub. Nəzəriyyə cildindəki bütün mövzuları əhatə edən Testlər toplusunun da özəlliyi burada hər mövzuya aid test suallarının sonunda xüsusi QR-kodların olmasıdır. Abituriyent həmin QR-kodlardan yararlanmaqla testləri onlayn şəkildə də yerinə yetirə bilər.
“İnformatika bələdçisi”nin müəllifləri informatika sahəsində tanınmış mentor və müəllimlər – Tural Sofuyev, Fərid Fərəcli, Şəbnəm Kərimli, Səadət Məhərrəmova və Gülnur Tanrıverdidir.
Ünvan: Bakı şəhəri , Səbail rayonu, Maqomayev küçəsi 3 döngəsi, 1- ci Qəsr döngəsi 78
WhatsApp: 055-329-48-78