Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-13 08:54:51
Bu günün hava PROQNOZU

Oktyabrın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən xəbərə görə, səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.



Havanın temperaturu gecə 11-14° isti, gündüz 16-19° isti olacaq. Atmosfer təzyiqi 773 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 9-13° isti, gündüz 17-22° isti, dağlarda gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-10° isti olacaq.