Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-16 13:55:20
Azərbaycanda məktəbəqədər təhsil xərcləri artırılır

2024-cü il Azərbaycanda dövlət büdcəsində məktəbəqədər təhsil xərcləri artırılır.

 

Azedu.az APA-ya istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən məlumat verilib. 

 

Layihəyə əsasən gələn il məktəbəqədər təhsil xərcləri 453 018 349 manat təşkil edəcək. Bu göstərici 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 11.9% və ya 48 182 248 manat çoxdur.

 

Qeyd edək ki, 2023-cü ilin təsdiq edilmiş dövlət büdcəsində məktəbəqədər təhsil xərcləri 404 836 101 manat proqnozlaşdırılıb.