Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-23 16:07:10
Lənkəranda məktəblini maşın vurub

Lənkəranda minik maşını piyadanı vurub.

 

Azedu.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Liman şəhəri ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili Liman şəhər sakini, 2009-cu il təvəllüdlü Zəhra Azər qızı Nurəlizadəni vurub. Xəsarət alan Z.Nurəlizadə dərhal Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb və ona ilkin tibbi yardım göstərilib.

 

Faktla bağlı araşdırma aparılır.