Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-03 11:10:15
Gəncədə itkin düşən məktəbli qız tapılıb

Gəncədə itkin düşən məktəbli qız tapılıb.

 

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov tərəfindən bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində itkin düşən Gəncə sakini 2007-ci il təvəllüdlü Nurcan Eyyubova yeri müəyyən olunaraq ailəsinə təhvil verilib.

 

Qazaxda itkin düşən 3 saylı məktəbin şagirdi, 2010-cu il təvəllüdlü Gülxanım Hüseynovanın axtarışları isə davam edir.