Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-04 17:00:48
DİM-də təlim keçirilib

Təlimdə Dövlət Statistika Komitəsinin 29 əməkdaşı iştirak edib

 
 
Azedu.az xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib. 
 

2023-cü ilin 4 noyabr tarixində Dövlət İmtahan Mərkəzinin əməkdaşı Gündüz Əhmədli tərəfindən “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda 2 saatlıq təlim təşkil edilib. Təlimdə Dövlət Statistika Komitəsinin 29 əməkdaşı iştirak edib.

 

Təlim zamanı iştirakçılara fəaliyyətin qiymətləndirilməsi anlayışı, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası və həmin qaydada yer alan prosedur və düsturlar ətraflı izah edilib, qiymətləndirilmə prosesi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.

 

Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib.