
AzEdu.az Təhsil Portalı ölkə üzrə aktiv və nümunəvi işi ilə fərqlənən müəllimləri geniş ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə xüsusi layihə həyata keçirib.
Layihə çərçivəsində örnək müəllimlərin nümunəvi peşə davranış və yenilikçi pedaqoji fəaliyyətini əks etdirən informativ materiallar ictimaiyyətə, xüsusilə də təhsil kütləsinə çatdırılır.
Paralel olaraq bu məlumat Portalımızda hazırlanan bölmədə öz əksini tapır. “Örnək müəllimlər” bölməsində öz peşə fəaliyyəti zamanı tətbiq etdiyi modern tədris metodları, təhsilalanların intellektual inkişafında önəmli rol oynayan yenilikçi addımları ilə seçilən və müəllimlərin işə qəbulu, sertifikasiya imtahanlarından yüksək nəticə əldə etmiş müəllimlər yer alıb.
Fəaliyyət coğrafiyası Şəki-Zaqatala regionlarını əhatə edən həmin 10 müəllimin siyahısı ilə buradan tanış ola bilərsiniz:
1. Nərmin Həbilova - Qazbinə kənd tam orta məktəbin İnformatika müəllimi;
2. Nazlı İsmayılova - N.Allahverdiyev adına Qax şəhər 2№-li məktəb-liseyinin Azərbaycan dili və ədəbiyyat müəllimi;
3. Ruhiyyə Kərimova - Qəbələ şəhər 3 saylı tam orta məktəbin Biologiya müəllimi;
4. Aytən Mirzəyeva - Qəbələ şəhər 4 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;
5. Naxçıvanski - Oğuz şəhəri Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyinin Azərbaycan dili və ədəbiyyat müəllimi;
6. Bunyad İsmayılov - 5 №-li tam orta məktəbin Tarix müəllimi;
7. Arzu Məmmədova - 10 №-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;
8. Xatirə Şabəddinova - 11 №-li tam orta məktəbin Kimya müəllimi;
9. Şəmsi Ramazanova - Akademik Z. Əliyeva adına texniki fənlər təmayüllü liseyinin Tarix müəllimi;
10. Zöhrə Balayeva -A. Qədirov adına Suvagil kənd 2 nömrəli tam orta məktəbin İngilis dili müəllimi;