Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-11 11:33:37
“Sabahın alimləri” müsabiqəsinə qeydiyyat davam edir
  1. “Sabahın alimləri” XIII respublika müsabiqəsinə qeydiyyat başlayıbNoyabrın 3-dən “Sabahın alimləri” XIII respublika müsabiqəsinə qeydiyyat başlayıb.

 

 

 

Müsabiqə ABŞ-nin “Society for Science” təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində keçiriləcək. 

 

 

 

Müsabiqənin məqsədi ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdləri elmi axtarışlara sövq etmək, həmçinin 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarəolunması, mühəndislik, kompüter elmləri) üzrə elmi-tədqiqata marağı olan istedadlı şagirdləri aşkara çıxarmaqdır.

 

 

 

İştirak etmək istəyən şagirdlər 15 dekabradək https://sabahinalimleri.edu.az/ portalında qeydiyyatdan keçməlidirlər.

 

 

Müsabiqə ilə bağlı ətraflı məlumatı qeyd olunan linkdən əldə edə bilərsiniz: https://bit.ly/3MrX9hu