Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-12 14:08:00
17 yaşlı gənc qəzada ölüb

İmişlidə baş verən yol-nəqliyyat hadisəsində 17 yaşlı gənc ölüb.

 

AzEdu.az xəbər verir ki, hadisə İmişli-Kürdəmir yolunun Telişli kəndi ərazisində qeydə alınıb.

 

Minik avtomobilinin aşması nəticəsində 2006-cı il təvəllüdlü şəxs ağır xəsarətlərlə İmişli xəstəxanasına yerləşdirilib. Bir müddət sonra o, xəsarətlərdən xəstəxanada ölüb.

 

Faktla bağlı araşdırma aparılır.