Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-28 13:59:00
Peşə təhsilinə ən çox müraciət edilən ixtisaslar AÇIQLANDI

"Peşə təhsilinin təsnifatı ilə bağlı dəyişiklik edilib".


AzEdu.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov Elm və Təhsil Nazirliyinin "Effektiv kommunikasiya" mövzusunda seminardakı çıxışı zamanı deyib:

 

"Nazirlər Kabinetinin qərarına əsasən 5 ixtisas qrupu üzrə 200-ə yaxın yeni ixtisas təsnifata salınıb və 30-a yaxın peşə təhsil ixtisası təsnifatdan xaric edilib. Biz ən çox müraciət olunan ixtisaslara nəzər salsaq görərik ki, buraya aşpaz, qrafik dizayner, dərzi, əməliyyatçı-mühasib, bərbər-vizajist-manikürçü, aqroservis mütəxəssisi, elektrik qaz qaynaqçısı və s. ixtisaslar daxildir".