Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-17 17:46:00
Şirkət əməkdaşları tələbələrə mühəndis ixtisasları ilə bağlı məlumat verdilər

Oktyabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) BP-nin noyabr ayında keçiriləcək “Açıq qapı” günü çərçivəsində seminar təşkil edilib.

AzEdu.az AZƏRTAC-a istinadən  bildirir ki, seminarda BP-nin işə qəbul üzrə məsləhətçisi Mehriban Şeyxzamanova və işə qəbul üzrə əlaqələndirici Səbinə Vəliyeva mühəndis ixtisasları ilə bağlı tələbələrə ətraflı məlumat veriblər.

Mühəndis ixtisasında təhsil alan tələbələrə neft və qaz sənayesində imkanlar və BP şirkətində mühəndis və ya mütəxəssis kimi karyeralarını inkişaf etdirmək istiqamətləri, eləcə də təcrübə və müraciət qaydaları izah olunub.

Sonra suallar cavablandırılıb.

Qeyd edək ki, noyabrın 7-də “BP Azərbaycan” şirkətinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin mexanika mühəndisliyi, inşaat mühəndisliyi, neft mühəndisliyi və geoloji kəşfiyyat fakültələrinin tələbələri üçün “Açıq qapı” günü keçiriləcək.