Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-06 08:44:56
Günün havası - Külək, yağış, qar

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən məlumata görə, gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.

 

Mülayim şimal küləyi əsəcək.

 

Havanın temperaturu gecə 5-9° isti, gündüz 10-13° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 3-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacaq.