Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-18 13:45:00
9 məktəbli dəm qazından zəhərlənib - YENİLƏNİB

Dekabrın 18-də saat 11:00 radələrində Saatlı Rayon Mərkəzi Xəstəxanasına kütləvi zəhərlənmə ilə bağlı çağırış daxil olub.

 

AzEdu.az xəbər verir ki, tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə 9 nəfər yerləşdirilib. Onlara dəqiqləşdirilməmiş dəm qazı zəhərlənməsi diaqnozu qoyulub.

 

Zərərçəkənlərin müalicələri davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.

 

 

12:24

Saatlıda 8 məktəbli mikroavtobusda dəm qazından zəhərlənib.

 

AzEdu.az xəbər verir ki, hadisə Saatlının Qaranuru kəndində baş verib. Məktəbliləri dərsə aparan mikroavtobusda qəm qazının sızması baş verib. Məktəblilər Saatlı rayon xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.