Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-21 10:12:07
Sabah Azərbaycana qış fəsli gəlir

Sabah Azərbaycana qış fəsli gəlir.

 

AzEdu.az  xəbər verir ki, qış günəşduruşu dekabrın 22-si saat 07:27-də olacaq.

 

Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san, gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san olacaq.