Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-22 14:09:39
Sabah qar yağacaq - PROQNOZ

Dekabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

 

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 750 mm civə sütunundan 747 mm civə sütununa enəcək. Nisbi rütubət 40-50% olacaq.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacaq.