Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-25 13:42:01
Geomaqnit qasırğası gözlənilir

Günəş küləyi sürətinin 24 dekabrda baş vermiş Tac Kütlə Atılmaları (TKA) təsiri ilə artacağı gözlənilir.

 

AzEdu.az xəbər verir ki, Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, geomaqnit sahəsi – 24 dekabrda baş vermiş TKA təxminən 1900 km/san sürətə malikdir və 27 dekabrda Yerə çatacağı gözlənilir.

 

Bu səbəbdən G1 (zəif) səviyyəli geomaqnit qasırğasının baş verməsi ehtimalı var. Sonra isə geomaqnit sahəsinin sakit olacağı proqnozlaşdırılır.