Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-28 08:42:53
Güclü küləklə bağlı növbəti XƏBƏRDARLIQ

Xəbər verdiyimiz kimi, bu gün gecə saatlarından hava şəraiti dəyişib. Şimal-qərbdən hərəkət edən soyuq hava kütlənin ölkə ərazisinə daxil olması nəticəsində güclü şimal-qərb küləyi əsir. 

 

AzEdu.az xəbər verir ki, dəyişən hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosu xəbərdarlıq edib.

 

Bildirilib ki, dekabrın 28-i axşamadək güclü şimal-qərb küləyinin davam edəcəyi, küləyin maksimal sürətinin 18-23 m/s, arabir 25-30 m/s, yarımadanın bəzi yerlərində arabir 33-38 m/s-dək güclənəcəyi gözlənilir:

 

“Dekabrın 28-i axşamdan 29-u səhərədək yarımadanın bəzi yerlərində fasillərlə yağıntılı olacağı ehtimalı var”.