
Ukraynada müharibə başlayandan indiyədək 513 uşaq həlak olub.
AzEdu.az BBC-yə istinadən xəbər verir ki, bunu Ukrayna Baş Prokurorluğu bildirib.
Məlumata görə, müharibə başlayandan bəri 1674 uşaq isə yaralanıb.
“Bu rəqəmlər yekun deyil. Onların hərbi əməliyyatlar aparılan yerlərdə, müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə müəyyən edilməsi istiqamətində işlər davam etdirilir”, - deyə prokurorluğun məlumatında bildirilir.
Qurbanların əksəriyyəti Donetsk, Xarkov, Xerson, Kiyev, Zaporojye, Dnepropetrovsk, Nikolayev, Çerniqov və Luqansk vilayətlərində olub.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının son hesabatına görə, 24 fevral 2022-ci ildən 21 noyabr 2023-cü ilə qədər Ukraynada azı 10 min dinc sakin həlak olub, ən azı 18 500 nəfər yaralanıb.