Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-01 14:50:00
Sumqayıtda ilin ilk körpəsi dünyaya gəlib

Sumqayıtda 2024-cü ilin ilk körpəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sumqayıt Tibb Mərkəzinin Perinatal Mərkəzində dünyaya gəlib.

 

AzEdu.az xəbər verir ki, 1 yanvar 2024-cü il tarixində saat 07:30-da doğulan körpənin cinsi oğlan, boyu 44 sm, çəkisi 2 kq 400 qr olub.

 

Qeyd edək ki, 20 yaşlı Sumqayıt sakini Aysu Hüseynova təbii doğuşla körpəni dünyaya gətirib.

 

Doğuş mama-ginekoloq Arzu Şıxvəlizadə tərəfindən uğurla icra olunub, hazırda ananın və yenidoğulmuşun vəziyyəti stabildir.