Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-07 16:52:16
“Əlibaba və qırx quldur” filminin rejissoru VƏFAT ETDİ

“Əli baba və qırx quldur” filminin rejissoru vəfat edib.

 

AzEdu.az Rusiya saytlarına istinadən xəbər verir ki, Rusiyanın Əməkdar artisti, kinorejissor Oleq Ryabokon 85 yaşında Sankt-Peterburqda vəfat edib.

 

Onun ölüm səbəbi dəqiqləşdirilməyib.

 

Ryabokon 1939-cu ildə anadan olub. 1972-ci ildə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun aktyorluq və rejissorluq fakültəsini bitirib.

 

Onun ən məşhur əsəri “Əlibaba və qırx quldur” filmidir, burada baş rolları Oleq Tabakov, Tatyana Nikitina, Veniamin Smexov və Armen Ciqarxanyan ifa edib.