Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-18 09:41:00
Bakıda iki məktəbli itkin düşüb

Bakıda iki yeniyetmə itkin düşüb.

 

AzEdu.az xəbər verir ki, 2007-ci il təvəllüdlü Məmmədov Amil Aqil oğlu yanvarın 15-də Xətai rayonu, Şirvan küçəsində yerləşən 29 saylı orta məktəbə gedib və geri qayıtmayıb.

 

Bundan başqa Sabunçu rayonu, Maştağa qəsəbəsində 2007-ci il təvəllüdlü Nəzərova Zahirə Elnur qızı yanvarın 16-da yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.