Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-18 15:30:00
Prezidentliyə namizədlər: Zahid Orucun TƏHSİLİ  

Bu il fevralın 7-si növbədənkənar prezident seçkiləri keçiriləcək. 7 nəfər prezidentliyə namizədliyini irəli sürüb.

 

Namizədlər sırasında  Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;. Milli Məclisin deputatı Zahid Oruc; Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev; Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa; Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev; Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev; Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev yer alır.

 

AzEdu.az Təhsil Portalı hər bir namizədin təhsili barədə məlumat verir.

 

Namizədlərdən biri Milli Məclisin deputatı Zahid Orucdur.

 

Zahid Oruc 1972-ci il fevralın 1-də Gədəbəy rayonunun Əli İsmayıl kəndində anadan olub. Orta məktəbi yüksək qiymətlərlə bitirdikdən sonra 1989-1994-cü illərdə Azərbaycan Texniki Universitetinin Avtomatika və hesablama texnikası fakültəsində təhsil alıb. Rus və ingilis dillərini bilir.


1996–2000-ci illərdə Azərbaycan AMEA-nın Fotoelektronika İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. 2019-cu ilin fevralından Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədridir. Bitərəfdir.İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədridir.