Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-22 16:28:00
Prezidentliyə namizədlər: Elşad Musayevin TƏHSİLİ  

Bu il fevralın 7-si növbədənkənar prezident seçkiləri keçiriləcək. 7 nəfər prezidentliyə namizədliyini irəli sürüb.

 

Namizədlər sırasında  Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;. Milli Məclisin deputatı Zahid Oruc; Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev; Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa; Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev; Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev; Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev yer alır.

 

AzEdu.az Təhsil Portalı hər bir namizədin təhsili barədə məlumat verir.

 

Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayevdir.

 

Elşad Musayev 1963-cü ilin sentyabrın 5-də Ermənistan Sovet Sosialist Respublikasının Allahverdi rayonunda doğulmuşdur. O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Elşad Musayev Prezidentliyə namizədliyi üçün lazım olan imza vərəqələrini və sənədləri Mərkəzi Seçki Komissiyasına 2024-cü ilin yanvarın 3-də təhvil verib.

 

Qeyd edək ki, Elşad Musayev bir-birinin ardınca 1995,1996, 2000,2006,2010 və 2020-ci illərdə deputatlığa namizəd olsa da, seçilə bilməmişdir.