Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-24 14:44:00
“Tarixdə bu gün” – 24 yanvar nə ilə yadda qalıb?  

Hər gün dünya tarixində bir hadisə ilə yadda qalıb. Bu hadisələrin bəziləri bizə tarix kitablarından tanış olsa da, bir çoxu barədə elmi dərsliklərdə məlumat yoxdur.

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə hər gün müvafiq olaraq dünyada, eləcə də Azərbaycanda  tarixi əhəmiyyətli hadisələr barədə məlumat verəcək.

 

24 yanvar tarixində baş vermiş tarixi əhəmiyyətli hadisələri təqdim edirik.

 

24 yanvar 1945-ci ildə Həzi Aslanov şəhidlik zirvəsinə ucalıb:  Azərbaycan sovet sərkərdəsi, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı general-mayor Həzi Aslanov Latviyanın Priyekule yaxınlığında (Liepay rayonu) döyüş meydanından kənarda, komandirlərin döyüşü müşahidə məntəqəsinin yaxınlığında, 15 nəfərə yaxın iri rütbəli zabitin əhatəsində Pribaltika cəbhəsinin komandanı, erməni İvan Xristoforovoç Baqramyanın təşkil etdiyi atəş nəticəsində həlak olub.

 

 Açıklama yok.

 

24 yanvar 1984-cü ildə  Apple Computer şirkəti Macintosh fərdi kompüteri satışa çıxıb: Macintosh kompütəri ABŞ-də 1995 dollara satışa çıxarılıb. Bu kompüterin yaddaşı 128 kilobayt, ekranının diaqonalı isə 12 düym idi. “Macintosh” adını isə onun yaradıcısı Stiv Cobs öz sevdiyi alma növünün adına (McIntosh) uyğun olaraq düşünmüşdür. Hazırda OS X adı ilə inkişafına davam etdirilir.

 

Fotoğraf açıklaması yok.

 

24 yanvar 1996-cı ildə "Vətən Müharibəsi Qəhrəmanı” Azad Hümbətovun doğum günüdür: Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsinin şəhidi. "Vətən Müharibəsi Qəhrəmanı” Azad Hümbətovun doğum günüdür. A.Hümbətov Nərimanov rayonundakı Bakı şəhəri 291 №-li ekologiya liseyini bitirib. O, 2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin tank bölüyü ixtisasına daxil olmuş, 2017-ci ildə həmin məktəbi leytenant hərbi rütbəsi ilə bitirib.

Açıklama yok.

 

24 yanvar Beynəlxalq Təhsil günüdür: 2018-ci ilin dekabrın 3-də  Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası qlobal sülhün və dayanıqlı inkişafın təmin edilməsində təhsilin rolunun vacibliyini qeyd edərək 24 yanvarın Beynəlxalq Təhsil Günü elan edilməsi barədə qətnamə qəbul etdi.

 

24 Yanvar- Beynəlxalq Təhsil Günüdür - Video